SOCAR Rumıniyada 37-cı yanacaqdoldurma məntəqəsini açdı


22:11     08 İyun 2017 1433495737_1427445395_socar.jpg

Rumıniyanın turizim mərkəzlərindən biri olan Braşov şəhərində “SOCAR” brendli altında ilk yanacaqdoldurma məntəqəsi istifadəyə verilib.


Femida.az -ın verdiyi məlumata görə, şəhərin Harmanului küç. 52 ünvanında yerləşən məntəqədə 3 sayğac quraşdırılıb və NANO Dizel və NANO Super Dizel, NANO 95 və NANO 98 (benzin) tipli yanacaq məhsullarının satışı həyata keçirilir. Braşov məntəqəsində “Nar” kafe də fəaliyyət göstərir. Burada ənənəvi Azərbaycan məhsulları, 24 saat pulsuz internet xidməti təqdim olunur. YDM-in istifadəyə verilməsi ilə Rumıniyada “SOCAR” brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin sayı 37-i olub.
Xatırladaq ki, 2011-ci ildə Rumıniyanın enerji bazarına daxil olan SOCAR-ın “SOCAR Petroleum SA” törəmə şirkəti bu ölkənin 42 rayonunun 18-də YDM məntəqəsinə malikdir.

Femida.az

Açar sözlər:

Oxunub: 956