Polisi görüb, narkotiki maşından çölə atdı


00:59     13 İyun 2017 2015-04-29-15-07-19narkotik.jpg

Hacıqabul rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.


Femida.az xəbər verir ki, iyunun 9-da Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hacıqabul rayonu ərazisindəki stasionar postunda “Opel” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.

Posta yaxınlaşan sürücünün əlindəki bükülünü avtomaşının açıq pəncərəsindən yolun kənarına atdığı diqqətdən yayınmayıb. Bu barədə dərhal Hacıqabul rayon polis şöbəsinə məlumat verilib.

Hadisə yerinə baxış keçirilərkən sürücünün yol kənarına atdığı, içərisində bükülülər olan bağlama tapılaraq götürülüb və ekspertizaya təqdim olunub.

Ekspertiza bağlamada ümumi çəkisi 1,574 qram heroin olması barədə rəy verib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Açar sözlər:

Oxunub: 789