Polisi güllələyən şəxs iş adamının qardaşıdır


20:43     15 Oktyabr 2017 212819_src_1508069884.jpg

Mərhum prezident Heydər Əliyevin mühafizəçisi olmuş Müşfiq Mədətovun bıçaqlanması və ardınca keçirilən əməliyyatda polis zabiti Orxan Axundzadənin güllələnməsi ilə bağlı yeni təfərrüatlar üzə çıxıb.


Femida.az Virtualaz.org-a istinadən xəbər verir ki, silahlı hücumu edən şəxs “Transgeyt” nəqliyyat şirkətinin sabiq prezidenti Elnur Həsənovun qardaşı Emil Həsənov olub.

Qeyd edək ki, “Transgeyt” Açıq Səhmdar Cəmiyyəti Bakıda onlarla avtobus marşrutuna nəzarət edirdi. 2015-ci ildə şirkət faktiki olaraq müflis olub.

Bildirək ki, artıq cinayətkar dəstə üzvləri yaxalanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 741