Qarabağ münaqişəsi Moskvada müzakirə olunacaq - Zaxarova
16:04 15 İyun 2017
Moskva Rusiya və Fransa xarici işlər nazirləri Sergey Lavrovla Jan-İv Le Drianın iyunun 20-də görüşləri zamanı Dağlıq Qarabağ münaqişəsinin müzakirə ediləcəyini istisna etmir.
Femida.az-ın məlumatına görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
M.Zaxarova bildirib: "Bir sıra beynəlxalq məsələlərin müzakirəsi zamanı bu məsələyə toxunulacağını istisna etmirik. Bu, təbiidir. Belə ki, fransalı həmkarlarımızla bir çox məsələlərdə daim dialoqdayıq, həmçinin bu məsələ ilə də bağlı".
Zaxarova qeyd edib: “Yaranmış vəziyyət irəli hərəkət və həll tələb edir, ona görə son vaxtlar müxtəlif formatlarda danışıqlar intensivləşib”.
Femida.az
Oxunub: 2528
Oxşar xəbərlər
- Qarabağda 2 erməni hərbçi yaralanıb
- Qarabağda erməni əsgəri öldürülüb
- Qarabağa qanunsuz gedən fotoqraf Azərbaycan xalqından üzr istədi
- Qarabağ əlilləri və şəhid ailələrinə ev verildi
- Qarabağa yeni hərbi prokuror təyin edilib
- Qarabağda erməni əsgər güllələnərək öldürülüb
- Qarabağ əlilləri və şəhid ailələrinə ev verilib
- Qarabağ münaqişəsi ATƏT-də müzakirə olunacaq
- Qarabağdakı Avropa şirkətlərinə xəbərdarlıq - Cinayət məsuliyyəti...
- Qarabağ münaqişəsinə dair `Putin planı` - Zaxarova şərh etdi