Kabil terrorunu İŞİD törədib


13:17     16 İyun 2017 1444818450_isid2.jpg

İŞİD terror qruplaşması Əfqanıstanın paytaxtı Kabil şəhərindəki şiə məscidində baş vermiş partlayışa görə məsuliyyəti üzərinə götürüb.


Bu barədə məlumatı "Reuters" agentliyi yayıb.

Mənbə bildirir ki, Əfqanıstan paytaxtındakı Əz-Zəhra məscidində törədilmiş partlayış zamanı 6 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Məlumata görə, ölənlər arasında tanınmış biznesmen Ramazan Hüseynzadə də var.

Əfqanıstanın Daxili İşlər Nazirliyi (DİN) hadisənin terror hücumu olduğunu bildirib. DİN rəsmisi Nəcib Daneş bildirib ki, hücum nəticəsində ölənlər var. Hadisə yerinə xeyli sayda polis göndərilib.

Femida.az

Açar sözlər:

Oxunub: 655