Dünyanı dəhşətə gətirən insan zooparkları - FOTOLAR


16:26     20 İyun 2017 zoop78.jpg

Zoopark deyərkən ilk öncə heyvanların saxlanıldığı məkan başa düşülür. Amma tarixdə insanların saxlanıldığı zooparklara da rast gəlinib.


Femida.az xarici mətbuata istinadən insanların saxlanıldığı zooparklarla bağlı məlumatları təqdim edir:

1)Tarixdə ilk insan zooparkını yaradan şəxs Karl Hagenbek olub.O aborogenləri dəmir qəfəslərə salıb, avropalılara göstərirmiş.





2) Afrikadan olan bu qız Brüssel zooparkında insanlara göstərilirdi( Belçika, 1958-ci il)





3) Ota Benqa 1906-cı ildə Nyu-York zooparkında insanlara nümayiş olunurdu. Nümayiş zamanı onun əlində meymunlar da tutması tələb olunurdu.





4)Konqodan olan bu oğlan dişlərinin qəribə quruluşu ilə seçilib. Onun bu görünüşünə görə xüsusi qəfəsə salıblar.





5) Qadınların çılpaq saxlanıldığı zoopark





6) Almaniyada yerləşən insan zooparkında ana və övladı.





7) Belə zooparka Parisdə də rast gəlinib. Burada 400-ə yaxın əsir saxlanılıb.





Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 11104