Putin Ərdoğana zəng edib


23:34     23 İyun 2017 6f1fb7a8-e1a5-48ad-a287-21cb85fbc2f98.jpg

Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.


Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, telefon danışığı Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub. Putin həmkarına bildirib ki, Rusiya Türkiyə ərazisindən keçməklə təbii qazı Cənubi və Cənub-şərqi Avropaya tədarük etməyə hazırdır. Bu məsələdə tərəfkeşlərin marağı var:

“7 aylıq bir prosesin ardından tikinti işlərinə başlanıldı. Türkiyə-Rusiya əməkdaşlığının səviyyəsi bir çox ölkələr arasındakı münasibətdən daha yüksəkdir. Başqa ölkələrdə bürokratik işlər illərlə görülür. Türkiyə ilə bu prosesi bir neçə aya başa çatdırırq. Əlbəttə, bu, sizin dəstəyiniz nəticəsində reallaşır”.

Rusiya prezidenti qeyd edib ki, təbii qaz kəmərinin birinci xətti 2018-ci ildə, ikinci isə 2019-cu ilin sonuna hazır olmalıdır: “Biz işlərimizi bu sürətlə davam etdirsək, nəzərdə tutduğumuz planı vaxtına yerinə yetirəcəyik”.

V.Putin Türkiyədə tikiləcək Akkuyu Atom Elektrik Stansiyasının ilk blokunun nəzərədə tutulan tarixə qədər təqdim edəcəyik.

“Hazırda bizim maraqlar tamamilə üst-üstə düşür. Sizi əmin edirəm ki, sizin maraqlarınızı layiqincə təmsil edəcəyik ”,- Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 751