Ukraynada kəşfiyyat rəhbəri öldürülüb


16:15     27 İyun 2017 kiev.jpg

Ukrayna Müdafiə Nazirliyinin yüksək rütbəli hərbçisinin avtomobili partladılıb.


Ukrayna KİV-lərinin yaydığı məlumata görə, hadisə bu gün səhər yerli vaxtla saat 09:15-də Kiyevin Solomensk rayonu ərazisində baş verib. “Mercedes” markalı avtomobildə baş verən partlayış nəticəsində sürücü ölüb. Bir qədər sonra sürücünün Ukrayna Müdafiə Nazirliyinin əməkdaşı Maksim Şapoval olduğu açıqlanıb. M. Şapoval Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlılarının komandiri imiş.

Hadisənin terror aktı olduğu güman edilir. Faktla bağlı təhqiqat aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 3908