Ukraynada daha bir azərbaycanlı gənc oğurlandı
22:08 15 Sentyabr 2017
Ukraynanın Xarkov şəhərində azərbaycanlı iş adamı Elşən Bağırovun 21 yaşlı oğlu naməlum şəxslər tərəfindən oğurlanıb.
Femida.az report-a istinadən xəbər verir ki, Donetsk vilayətinin Ukraynanın nəzarətində olan hissəsində yaşayan azərbaycanlı iş adamının oğlu Xarkova dostları ilə gəzməyə gələrkən oğurlanıb.
İş adamından oğlunun azad olunması üçün külli miqdarda pul tələb olunur. E. Bağırov Donetsk və Xarkovda bir neçə restoranın sahibidir.
Xatırladaq ki, son bir ildə Ukraynada 20-dən çox azərbaycanlı iş adamı, yaxud da övladları oğurlanıb. Onların əksəriyyəti ailələrinin ödədiyi pul müqabilində azad olunub. Azərbaycanlıları bununla bağlı Ukrayna hüquq mühafizə orqanlarına müraciət etsələr də, oğurluqları həyata keçirənlərdən indiyə qədər heç kim aşkarlanmayıb.
Femida.az
Oxunub: 708
Oxşar xəbərlər
- Ukraynada azərbaycanlı iş adamı itkin düşüb
- Ukraynada növbədənkənar seçkilər olmayacaq - Poroşenko
- Ukraynada dəhşətli yanğında ölən azərbaycanlılardan XƏBƏR VAR
- Ukraynada 4 azərbaycanlı diri-diri yandı
- Ukraynada deputatlar arasında dava - Biri nokauta düşdü (VİDEO)
- Ukraynada azərbaycanlı döyülüb
- Ukraynada azərbaycanlı sürücü döyülüb
- Ukraynadan Azərbaycana toyuq əti gətirənlərə cinayət işi açıldı
- Ukraynada kəşfiyyat rəhbəri öldürülüb
- Ukraynada azərbaycanlı iş adamı itkin düşüb