Ukraynada azərbaycanlı döyülüb
01:45 10 Sentyabr 2017
Ukraynanın Donetsk şəhərində mübahisə zəminində azərbaycanlını döyərək ağır xəsarət yetiriblər.
Femida.az APA-ya istinadən xəbər verir ki, xəsarət alan şəxs əslən Azərbaycanın Xaçmaz rayonundan olan, 1977-ci il təvəllüdlü Məhərrəmov Məhərrəm Şirbala oğludur.
Sentyabrın 8-də axşam saatlarında şəhərə daxil olan azərbaycanlı sürücü ilə yerli sürücülərdən biri arasında yol hərəkəti qaydalarına görə mübahisə yaranıb.
Mübahisə zamanı digər avtomobildə olan iki nəfər azərbaycanlı sürücünü təhqir ediblər. Nəticədə əlbəyaxa dava düşüb. Məhərrəm Məhərrəmov onlar tərəfindən döyülüb. Onu döyən şəxslər hadisə yerindən qaçıblar.
M. Məhərrəmov Donetskdəki xəstəxanaların birinə yerləşdirilib , vəziyyəti orta ağırdır.
Qeyd edək ki, Donetsk şəhəri tanınmayan “Donetsk Xalq Respublikası”nın nəzarətindədir.
Femida.az
Oxunub: 1047
Oxşar xəbərlər
- Ukraynada azərbaycanlı iş adamı itkin düşüb
- Ukraynada növbədənkənar seçkilər olmayacaq - Poroşenko
- Ukraynada dəhşətli yanğında ölən azərbaycanlılardan XƏBƏR VAR
- Ukraynada 4 azərbaycanlı diri-diri yandı
- Ukraynada deputatlar arasında dava - Biri nokauta düşdü (VİDEO)
- Ukraynada daha bir azərbaycanlı gənc oğurlandı
- Ukraynada azərbaycanlı sürücü döyülüb
- Ukraynadan Azərbaycana toyuq əti gətirənlərə cinayət işi açıldı
- Ukraynada kəşfiyyat rəhbəri öldürülüb
- Ukraynada azərbaycanlı iş adamı itkin düşüb