Ukraynada deputatlar arasında dava - Biri nokauta düşdü (VİDEO)


13:08     28 Sentyabr 2017 216a7d3770aaa33a361f6a3b3218d9a6.jpg

Ukraynada deputatlar arasında dava düşüb.


Hadisə Kiyev vilayət şurasının iclasında baş verib.

“Petro Poroşenko bloku”ndan olan deputat şura rəhbərliyini istefaya çağırıb. Deputat Vitali Karlyuk sədarətə yaxınlaşıb və mikrofonu şura sədrinin əlindən alıb. “Batkivşina” fraksiyasından olan deputat Vladislav Xaxulin müdaxilə etmək istədikdə həmkarı yumruqla onu vurub.

Yumruq zərbəsi alan deputat yerə yıxılıb. Son məlumata görə, nokauta salınan deputata beyin silkələnməsi və çənə sümüyünün sınığı diaqnozu qoyulub.



Femida.az

Açar sözlər:

Oxunub: 3297