Putinin “sağ əli” türkcə danışdı - MÜSAHİBƏ+VİDEO


19:31     20 Avqust 2015 peskov%202.jpg

Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dimitri Peskov Türkiyə mətbuatına verdiyi müsahibədə Rusiya-Türkiyə münasibətlərindən danışıb.


Maraqlısı ondan ibarətdir ki, müsahibə türk dilində baş tutub və Peskov sualları türkcə səlis şəkildə cavablandırıb. Bu vaxta qədər yəqin ki, heç kəs Peskovun türkcə bu qədər səlis danışdığını bilmirdi.

Peskov danışarkən aşağıdakı vacib məsələlərə toxunub:

“Ümumi olaraq Rusiya-Türkiyə münasibətləri müsbət qiymətləndirilə bilər. Düzdür, son dövrlər iki dövlət arasında bəzi soyuq münasibətlər müşahidə olunub. Bəzi hallarda hətta iki dövlət arasında münasibətlər böhran həddinə gəlib çatdı. Xüsusilə, şübhələr, yanlış anlamalar münasibətlərə xələl gətirirdi. Lakin 2001-ci ildən bu günə qədərki əlaqələrə baxsaq, dövlətlərimiz arasındakı münasibətlərin artan xətlə inkişaf etdiyini anlaya bilərik”.

Femida.az Dimitri Peskovun türkcə danışarkən lentə alınan həmin videonu oxucularına təqdim edir:



Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 4288