Kürdəmirdə tapılan heyvan kərtənkələ imiş - Alim açıqladı


19:59     04 İyul 2017 kurdemirde-qeribe-canli-(2)_1499145952.jpg

Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutu Kürdəmirdə insanlar tərəfindən nadir heyvanın tapılması ilə bağlı məlumatlara aydınlıq gətirib.


Femida.az xəbər verir ki, İnstitutun direktoru Elman Yusifov bildirib ki, həmin heyvan nadir deyil və ona Azərbaycanın faunasında rast gəlinir.

E.Yusifov həmin heyvanın adının şneyder kərtənkələsi və ya uzunayaq ssink olduğunu açıqlayıb.

Direktorun sözlərinə görə, bu kərtənkələ Azərbaycanın yarımsəhra ərazilərində yayılıb.

O, Qobustan qoruğunda həmin heyvana rast gəldiyini və onun şəklini çəkdiyini də açıqlayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 3937