12 il müddətinə azadlıqdan məhrum edildi


22:58     04 İyul 2017 1442557655_mehkeme-zali8.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2002-ci ildə Bakıda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Eldar Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Femida.az xəbər verir ki, APA-nın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, E. Zeynalov 12 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama əsasən, E. Zeynalov 3 fevral 2002-ci ildə tanışları - Bağırov Mehman Osman oğlu, Bağırov İlham Osman oğlu, Ağamirzəyev Zakir Yaqub oğlu ilə digər tanışı Alışov Etibar Tofiq oğlunun idarə etdiyi avtomobildə Mehman Bağırovun Zakir Ağamirzəyevi qəsdən öldürməsinin şahidi olub.

Bundan sonra istintaqdan yayınmaq məqsədilə M. Bağırov və İ. Bağırovla birlikdə Bakı şəhərində yerləşən mənzillərdən birində gizlənib. Həmin il fevralın 9-da hadisəni araşdırmaq məqsədilə mənzilə gələn polis əməkdaşlarına evdə olan "Makarov" tipli tapançadan atəş açıb. Nəticədə polis əməkdaşı Məhəmməd Ağayev ağır yaralanıb. Xəstəxanaya çatdırılan M. Ağayevi xilas etmək mümkün olub.

Digər şəxslər həbs olunsa da, E. Zeynalov hadisə yerindən qaçaraq Rusiyaya gedib.

Femida.az

Açar sözlər:

Oxunub: 1060