12 cinayət “isti izlər”lə açılıb


02:23     04 Oktyabr 2017 cinayet%20tutul%20azadliq%20ogur.jpg

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 66 cinayət faktı qeydə alınıb, onların da 12-si “isti izlər”lə açılıb.

Femida.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 18 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 16 nəfər tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 795