12 yaşlı qıza əxlaqsızlıq edən direktor barəsində RƏSMİ XƏBƏR


15:57     02 Noyabr 2017 uyu.jpg

Xaçmazda 12 yaşlı şagirdə qarşı əxlaqsız hərəkətlər edən məktəb direktoru barəsində cinayət işi başlanıb.


Femida.az APA-ya istinadən xəbər verir ki, faktla bağlı Xaçmaz rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 153.3-cü (əxlaqsız hərəkətlər) maddəsi ilə cinayət işi başlanıb.

Gülməz Alxasov həmin iş üzrə təqsirləndirilən şəxs qismində saxlanılıb.

Qeyd edək ki, Xaçmaz rayonu, Arzu qəsəbə tam orta məktəbinin direktoru, 1955-ci il təvəllüdlü Gülməz Alxasov 12 yaşlı qız şagirdə qarşı əxlaqsızlıq etdiyi iddia olunur. O müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 6530