Prokuror sabiq deputata ağır cəza istədi
18:41 11 İyul 2017
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilən sabiq deputat Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Femida.az-ın xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Dünyamin Xəlilovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı digər təqsirləndirilən şəxslər Mansur Zeynalovun 8 il, Rauf Əliyevin 4 il, Fərhad Əmiraslanov 7 il, Ruslan Əsgərov 4 il müddətinə azadlıqdan məhrum olunmasını xahiş edib.
Proses iyulun 13-də davam etdiriləcək.
Qeyd edək ki, 2015-ci ilin yayından Beynəlxalq Banka kredit borcları olan şəxslərin həbsinə başlanılıb. Bu məsələ ilə bağlı bir çox iş adamı saxlanılıb. "Globus Plaza"nın sahibi olan D. Xəlilov da dələduzluqda təqsirli bilinir. O, ötən ilin fevralında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılaraq, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. D. Xəlilov Cinayət Məcəlləsini 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.
Digər təqsirləndirilən şəxslər isə Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan İsmayılov, Mənsur Zeynalov, Rauf Əliyevdir. Dünyamin Xəlilovdan başqa digərlərinin barələrində həbs qətimkan tədbiri seçilməyib. Onlar ümumilikdə 50 milyon manat mənimsəməkdə təqsirləndirilirlər.
Femida.az
Oxunub: 1186
Oxşar xəbərlər
- Prokuror Qiyas İbrahimov və atasına cəza istəyib
- Prokuror bələdiyyə sədrinə cəza istəyib
- Prokurorların səlahiyyətləri artırılır
- Prokurorluq Lökbatandakı partlayışla bağlı məlumat yayıb
- Prokurorların səlahiyyətləri artırılır
- Prokuror MTN generalına ağır cəza istəyib
- Prokurorluq meşədəki qətllə bağlı etiraz etdi
- Prokuror 27 yaşlı qadına AĞIR CƏZA istədi
- Prokurorlara yeni səlahiyyət verilir
- Prokuror iş otağında güllələndi