Ana və uşağının ölümünə səbəb olan sürücüyə 8 il həbs


19:26     11 İyul 2017 1447832334_hebs_0124.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Sənan Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Femida.az-ın xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, S. Həsənov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən ilin noyabrında Bakı-Ələt magistral avtomobil yolunun 48-ci kilometrliyində, Qaradağ rayonu Qobustan qəsəbəsində “Opel” markalı minik avtomobili dayanmış vəziyyətdə olan “Shacman” markalı yük avtomobilinə çırpılıb. Hadisə nəticəsində avtomobildə olan 3 nəfər - Mükafat Ağayev, Günel Rzazadə və onun oğlu 7 aylıq körpə Ümid Rzazadə ölüb.

Femida.az

Açar sözlər:

Oxunub: 694