Prezident yeni məhkəmə sədrləri təyin etdi - ADLAR
23:10 11 İyul 2017
Azərbaycan prezidenti İlham Əliyev Ali Məhkəmənin bəzi məhkəmə kollegiyaları sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Femida.az -ın məlumatına görə, Şəlalə Ağakərim qızı Məmmədova Ali Məhkəmənin Mülki Kollegiyasının sədri, Əziz Cəfər oğlu Seyidov isə Ali Məhkəmənin Hərbi Kollegiyasının sədri təyin edilib.
Bundan başqa Azərbaycan prezidenti İlham Əliyev bir sıra apellyasiya məhkəmələri sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Belə ki, Tapdıq Şükür oğlu Mahmudov Gəncə Apellyasiya Məhkəməsinin sədri, Səadət İnayət qızı Bəktaşi Sumqayıt Apellyasiya Məhkəməsinin sədri, Rəşadət Əhməd oğlu Ağayev Şirvan Apellyasiya Məhkəməsinin sədri, Mübariz Dosməmməd oğlu Əkbərov isə Şəki Apellyasiya Məhkəməsinin sədri təyin edilib.
Femida.az
Oxunub: 3326
Oxşar xəbərlər
- Prezident açılışda
- Prezident 4 səfirin etimadnaməsini qəbul edib
- Prezident Ağdama 2 milyon ayırdı
- Prezident icra hakimiyyətlərinə səlahiyyət verdi
- Prezident ARDNF-nin büdcəsini təsdiqlədi
- Prezident şəhidin xanımına “Şöhrət” ordeni verdi
- Prezident üç nəfərə “Dostluq” ordeni verdi
- Prezident Rusiyadadır
- Prezidentin təyin etdiyi fond sədri kimdir? - DOSYE
- Prezidentdən yeni təyinatlar – SİYAHI