İşdən qovulan generalın oğlu niyə həbs olunub? - Rəsmi açıqlama
23:35 11 İyul 2017
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini Novruzəli Orucovun oğlu – əvvəllər çoxsaylı yol hərəkəti qaydalarını pozduğuna görə avtomobil idarə etmək hüququndan məhrum edilmiş Rüstəm Orucov iyulun 3-də tam qanunsuz şəkildə 10-OG-300 nömrəli BMW-nin sükanı arxasına əyləşərək qaydaları yenidən pozub və 8 saylı marşrut avtobusunun sürücüsü Sənan Səmədovun haqlı danlağına tuş gəlib.
Azərbaycan Baş Prokurorluğu Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov virtualaz.org-a bildirib ki, Rüstəm Orucov avtobus sürücüsünün qınağına cavab olaraq sərnişinlərin gözləri qarşısınada ona hücum edib, döyməyə başlayıb və beləliklə, qatı xuliqanlıq hərəkətləri edib. R.Orucov buna qədər sürücünü bir saat ərzində təqib edib.
Bizə onu əlavə etmək qalır ki, yüksək vəzifəli şəxsin oğlu ilk dəfə deyil ki, qanunları bu qədər “qəzəbli” şəkildə pozur. R.Orucov 2014-cü ildə piyadanı vuraraq cinayət yerindən qaçmışdı. Sonra onu tutub 4 il azadlıqdan məhrum etdilər. Cəza müddətinin üçdə biri tamam olanda R.Orucov vaxtından əvvəl şərti azadlığa çıxdı və zamində ola-ola yenidən cinayət törətdi.
İyulun 4-də Binəqədi Rayon Polis İdarəsi R.Orucov barəsində Cinayət Məcəlləsinin 221.2.1 maddəsi üzrə cinayət işi açıb. Məhkəmənin qərarı ilə avtoxuliqan həbs olunub.
Femida.az
Oxunub: 4045
Oxşar xəbərlər
- İşdən çıxarılan nazirin bacısının yerinə təyinat oldu
- İşdən çıxmaq üçün yazılan ərizə geri götürülə bilərmi? - CAVAB
- İşdən çıxarılan nazir:`Səhhətimdə problem var`
- İşdən çıxarılan qadın `AzinTelekom`u məhkəməyə verdi
- İşdən çıxarılan qadın intihara cəhd etdi
- İşdən çıxarılan nazirin yerinə qardaşı gətirildi
- İşdən çıxan mətbuat katibi Ağ Evdəki soyuducunu oğurladı
- İşdən çıxan general belə yola salındı - FOTO
- İşdən çıxarılan general danışdı: `Həbsxanaya özüm getməyəcəm`
- İşdən çıxarılma qaydaları dəyişir