İşdən çıxan general belə yola salındı - FOTO


15:03     13 İyul 2017 Capture66.JPG

İyulun 12-də Dövlət Sərhəd Xidmətinin (DSX) Aparatında general-mayor Akif Şəfiyevin Silahlı Qüvvələrin ehtiyatına buraxılması münasibətilə mərasim keçirilib.


DSX-nin mətbuat mərkəzindən Femida.az-a bildiriblər ki, mərasimdə dövlət himni səsləndikdən sonra həyatının 46 ilini sərhəd mühafizəsi işinə həsr etmiş general-mayor Akif Şəfiyevin Silahlı Qüvvələrin ehtiyatına buraxılması və 3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə təltif olunması barədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamları şəxsi heyətə çatdırılıb.

3-cü dərəcəli «Vətənə xidmətə görə» ordenini və xatirə hədiyyəsini general-mayor Akif Şəfiyevə təqdim edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev onu təbrik edərək müstəqil Azərbaycanın Sərhəd Mühafizəsinin formalaşmasında və inkişafında, gənc sərhədçi nəslinin hazırlanmasında səmərəli fəaliyyətinə görə təşəkkür edib.

Tədbirdə çıxış edən general-mayor Akif Şəfiyev yüksək dövlət mükafatına layiq görüldüyünə, ali diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdarlıq edib.

Femida.az

Açar sözlər:

Oxunub: 31154