İşdən çıxarılan nazirin yerinə qardaşı gətirildi
01:21 30 İyul 2017
Pakistanın sabiq baş naziri Nəvaz Şərifin qardaşı Şehbaz Şərif ölkənin yeni baş naziri olacaq.
Femida.az -ın verdiyi məlumata görə, bu barədə hakimiyyətdəki Pakistan Müsəlman Liqası Partiyası rəhbərliyinin iclasında qərar qəbul edilib. Hələlik enerji və təbii sərvətlər naziri Şahid Xaqan Abbasi 1,5 ay müddətinə müəyyən edilmiş keçid dövrü üçün baş nazir təyin olunub. Məhz bu müddət ərzində hazırda Pəncab vilayətinin rəhbəri olan Ş. Şərif parlament üzvü seçilərək hökümətə başçlıq etmək hüququ qazanacaq. Parlamentdə çoxluğa malik Pakistan Müsəlman Liqasının tezliklə yeni hökuməti formalaşdıracağı gözlənilir.
Qeyd edək ki, cümə günü Pakistan Ali Məhkəməsi baş nazir Nəvaz Şərifi hakimiyyətdən kənarlaşdırıb. Qərar baş nazir və onun ailə üzvlərinin korrupsiya əməllərinə dair istintaq işinin yekunları əsasında qəbul edilib. Sabiq baş nazirə qarşı cinayət işi açılıb.
Oxunub: 4855
Oxşar xəbərlər
- İşdən çıxarılan nazirin bacısının yerinə təyinat oldu
- İşdən çıxmaq üçün yazılan ərizə geri götürülə bilərmi? - CAVAB
- İşdən çıxarılan nazir:`Səhhətimdə problem var`
- İşdən çıxarılan qadın `AzinTelekom`u məhkəməyə verdi
- İşdən çıxarılan qadın intihara cəhd etdi
- İşdən çıxan mətbuat katibi Ağ Evdəki soyuducunu oğurladı
- İşdən çıxan general belə yola salındı - FOTO
- İşdən çıxarılan general danışdı: `Həbsxanaya özüm getməyəcəm`
- İşdən qovulan generalın oğlu niyə həbs olunub? - Rəsmi açıqlama
- İşdən çıxarılma qaydaları dəyişir