Özünü yandıran kişi xəstəxanada öldü


14:21     12 İyul 2017 xestexana_012541.jpg

Gəncədə üzərinə neft tökərək özünü yandıran kişi xəstəxanada ölüb.


Femida.az xəbər verir ki, iyunun 20-də şəhərdə yaşadığı evin həyətində özünü yandıraraq xəstəxanaya yerləşdirilən 1979-cu il təvəllüdlü Hacıyev Azər Fəxrəddin oğlunun həyatını xilas etmək mümkün olmayıb.

Bədəninin 90 faizi yanmış A. Hacıyev xəstəxanada ölüb. A. Hacıyevin psixi xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 616