İntihar edən çempionumuz - FOTOLAR


14:20     13 İyul 2017 sambo1.jpeg

Sambo üzrə gənclərdən ibarət Azərbaycan millisinin üzvü Rəşad Dünyamalıyev intihar edib.


Femida.az-ın yenicag.az-a istinadən məlumatına görə, 18 yaşlı idmançının özünü asdığı bildirilir. Hələlik intiharın hansı səbəbdən baş verdiyi bəlli deyil. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Azərbaycanın yeniyetmə və gənc samboçulardan ibarət yığma komandasında çıxış etmiş Rəşad Dünyamalıyev iki dəfə Avropa çempionu olub. Dünya çempionatının da mükafatçısı olan Dünyamalıyev, sonuncu dəfə 2017-ci ilin aprel ayında Çexiyanın paytaxtı Praqada keçirilən Avropa çempionatında qızıl medal qazanmışdı.



Açar sözlər:

Oxunub: 2510