İntihar edən çempionun məşqçisi: “Atası içkiyə meyilli idi”


15:22     13 İyul 2017 sambo18.jpeg

“Azyaşlılar arasındakı çempionatlarda həmişə yüksək nəticələr əldə edərdi. Spirtdən, siqaretdən uzaq insan idi”


Bunu 18 yaşlı samboçu Rəşad Dünyamalıyevun intiharı ilə bağlı onun məşqçisi Cabir İsmayılov Femida.az-a açıqlamasında deyib.

Cabir İsmayılov bildirdi ki, hadisə baş verən gün Rəşadla birlikdə Qazaxıstana dünya çempionatında iştirak etməyə yollanacaqdılar:

“Onun ölümü bizi çox sarsıtdı. Sanki biz də öldük...İntihar hadisəsi iyul ayının 4-də baş verib. Valideynləri saat səkkizin yarısı Rəşadı oyatmaq istəyiblər. Rəşad onlara deyib ki, işə getsinlər, o, özü qalxacaq. Biz də həmin gün yarışa gedəcəkdik. Qazaxıstanda Nazarbayev adına dünya çempionatı keçiriləcəkdi. Hər şeyimiz hazır idi, Rəşadı gözləyirdik. Telefonuna zəng çatmırdı. Valideynlərinə zəng etdik ki, maraqlansınlar. Bir qədər keçəndən sonra valideyni telefonda ağlaya-ağlaya Rəşadın özünü asdığını dedi.

Cabir İsmayılov Rəşadın kasıb bir ailədə böyüdüyünü bildirdi:

“Kasıb ailəsi var idi. Atası spirtli içkiyə meyilli idi. Rəşadı öz balamız kimi böyüdürdük. 5 yaşından bizim yanımıza məşqə gəlirdi. Federasiya rəhbərliyi onu daima nəzarətdə saxlayırdı.

Qeyd edək ki, Azərbaycanın yeniyetmə və gənc samboçulardan ibarət yığma komandasında çıxış etmiş Rəşad Dünyamalıyev iki dəfə Avropa çempionu olub. Bundan başqa o, dünya çempionatının da bir dəfə gümüş mükafatçısı olan Dünyamalıyev, sonuncu dəfə 2017-ci ilin aprel ayında Çexiyanın paytaxtı Praqada keçirilən Avropa çempionatında qızıl medal qazanmışdı.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 2777