Masallıda sahibkarlara güzəştli kreditlər verilib
15:57 13 İyul 2017
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir.
Femida.az-ın məlumatına görə, sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum Masallı rayonunun Dəlləkoba kəndində keçirilib. Forumda 90-a yaxın sahibkar iştirak edib.
Forum çərçivəsində Masallının iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb, onlara Fond tərəfindən rayonunun iqtisadi potensialına uyğun olaraq hazırlanmış cins heyvandarlıq, kartofçuluq, istixana, intensiv bağçılıq və çayçılıq təsərrüfatlarının, meyvəqurutma müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələri və metodiki materiallar təqdim olunub.
Forumda İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov Fondun özəl bölmənin inkişafında, xüsusən də regionlarda sahibkarlığın genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Qeyd edilib ki, 2017-ci ilin ötən dövrü ərzində 840 sahibkara 65,3 milyon manat güzəştli kredit verilib. Bu investisiya layihələrinin reallaşdırılması 2600-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradır.
İşgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Masallı və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyeklərinə 309 min manat güzəştli kredit verilib. Bu güzəştli kreditlər heyvandarlıq, üzümçülük, əkinçilik, çayçılıq, istixana təsərrüfatlarının, çörək və mebel istehsalı sahələrinin inkişafına yönəldiləcək. Ümumilikdə isə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla, Lənkəran iqtisadi rayonu üzrə 3100-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 119,1 milyon manat güzəştli kredit verilib.
Tədbir çərçivəsində Masallı rayonunda güzəştli kredit ayrılan çayçılıq təsərrüfatına və mebel istehsalı müəssisəsinə baxış keçirilib.
Qeyd edək ki, indiyədək çayçılığın inkişafı ilə bağlı 14 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 10,7 milyon manat güzəştli kredit verib.
Femida.az
Oxunub: 616
Oxşar xəbərlər
- Masallıda yarış atlarını oğurladılar
- Masallıda nəhəng qartal tutuldu - FOTO
- Masallıda 20 il əvvəl törədilmiş dəhşətli qətlin üstü açıldı - Meyitin qalıqları tapıldı
- Masallıda mağaza yandı
- Masallıda sürücü sükan arxasında öldü
- Masallıda 6 otaqlı ev yanıb
- Masallıda yol kənarından meyit tapıldı
- Masallıda dördmərtəbəli ev yandı
- Masallıda dördmərtəbəli ev yandı
- Masallıda 50 yaşlı kişini avtomobil vurub