Prezident pambıqçılıqla bağlı sərəncam imzaladı
20:08 13 İyul 2017
Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Femida.az-ın məlumatına görə, Nazirlər Kabinetinə Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə birlikdə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etmək məqsədi ilə hər il dövlət büdcəsi və Dövlət İnvestisiya Proqramı tərtib edilərkən zəruri vəsaitin nəzərdə tutulmasını təmin etmək tapşırılıb.
Kənd Təsərrüfatı Nazirliyi isə İqtisadiyyat Nazirliyi ilə birlikdə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirməli, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə prezidentə məlumat verməlidir.
Femida.az
Oxunub: 3023
Oxşar xəbərlər
- Prezident açılışda
- Prezident 4 səfirin etimadnaməsini qəbul edib
- Prezident Ağdama 2 milyon ayırdı
- Prezident icra hakimiyyətlərinə səlahiyyət verdi
- Prezident ARDNF-nin büdcəsini təsdiqlədi
- Prezident şəhidin xanımına “Şöhrət” ordeni verdi
- Prezident üç nəfərə “Dostluq” ordeni verdi
- Prezident Rusiyadadır
- Prezidentin təyin etdiyi fond sədri kimdir? - DOSYE
- Prezidentdən yeni təyinatlar – SİYAHI