Maşın ağaca çırpıldı - 2 ölü


17:54     15 İyul 2017 1366262106_qeza-masin-agaca-cirpildi.jpg

Şəmkirdə maşın ağaca çırpılıb, iki nəfər ölüb.


Femida.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyulun 15-də saat 02.00 radələrində Şəmkir rayonunun Qaracəmirli kəndi ərazisində kənd sakini Şamnur Namazovun idarə etdiyi VAZ-2107 markalı avtomobili yolun kənarındakı ağaca vurması nəticəsində o və sərnişini, həmkəndlisi Tural Mehdizadə hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 825