Yol polisini maşınla vuran şəxs tutuldu
17:24 19 İyul 2017
Masallıda yol polisini avtomobillə vurub qaçan şəxs saxlanılıb.
Femida.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 18-də saat 20:00 radələrində Masallı rayonunun Binə Xocavar kəndi ərazisində naməlum şəxs idarə etdiyi "VAZ-21099" markalı avtomobillə həmin ərazidə xidmətdə olan Masallı RPŞ DYPB Yol Patrul Xidmətinin əməkdaşı, polis baş serjantı Qoşqar Eynalovu qəsdən vuraraq hadisə yerini tərk edib.
Xəstəxanaya yerləşdirilən Q.Eynalovun vəziyyəti qənaətbəxşdir.
Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Köhnə Alvadı kənd sakini, əvvəllər məhkum olunmuş Racik Məmmədov tutulub.
Masallı RPŞ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 794
Oxşar xəbərlər
- Yol polisi piyadanı öldürərək qaçıb? - AÇIQLAMA
- Yolu keçən piyadanı maşın vurub öldürdü
- Yoldan keçən həkim bıçaqlanan kişinin həyatını xilas etdi - Bayılda
- Yol polisindən bayramla əlaqədar sürücülərə xəbərdarlıq
- Yolu keçən uşaq ölümdən son anda xilas oldu - VİDEO
- Yol qəzası törədən sürücü edam edilib
- Yolu keçmək istəyirdi, təkərlər altında qaldı
- Yollar buz bağlayacaq
- Yol polisi işləmək istəyirsiz? - Müsabiqə
- Yol Polisi Bakıdakı insidentlə məlumat yaydı