Tovuzda maşın kanala aşdı, sürücü xəsarət alıb


13:20     20 İyul 2017 masin%20asib%20qeza_yeni.jpg

Tovuzda sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.


Femida.az xəbər verir ki, hadisə rayonun Əlimərdanlı kəndində qeydə alınıb.

Kənd sakini, hazırda Bakıda yaşayan, 1985-ci il təvəllüdlü Xəlilov Vüsal Çoban oğlu idarə etdiyi “Kia Rio” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarında olan su kanalına aşıb. Qəza zamanı xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1119