Almaniya ilə Türkiyə arasındakı buzlar əriyir
00:11 23 İyul 2017
Türkiyə və Almaniya XİN rəhbərləri Mövlud Çavuşoğlu və Ziqmar Qabriel arasında telefon danışığı keçirilib.
Türkiyə KİV-lərinin yaydığı xəbərə görə, nazirlər ikitərəfli münasibətlərin inkişafına dair fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Almaniya rəsmilərinin Türkiyənin ünvanına səsləndirdikləri son açıqlamaları Ankaranın sərt reaksiyasına səbəb olub.
“Rəsmi Berlin nəinki PKK terrorçuları və FETÖ tərəfdarlarının Türkiyə əleyhinə fəaliyyətinə əhəmiyyət vermir, hətta terrorçuluqda şübhəli bilinərək saxlanılan və həbs edilən şəxslərin azad olunması ilə bağlı yolverilməz tələblər irəli sürürlər”, - deyə XİN-nin məlumatında bildirilir.
Türkiyə XİN-i Berlinin terrorçuluqla mübarizə və milli təhlükəsizliyin təmin edilməsi məsələsində Ankaranın maraqlarını nəzərə alacağına ümidvar olduğunu qeyd edib.
Femida.az
Oxunub: 801
Oxşar xəbərlər
- Almaniyada supermarketdə atışma - Yaralanan var
- Almaniyada hökumət buraxılıb
- Almaniyalı alim Tərcümə Mərkəzində olub
- Almaniya Azərbaycanın ərazi bütövlüyünü tanıyır - Səfir
- Almaniyada təyyarə qəzaya uğradı
- Almaniyada gecə klubuna silahlı basqın
- Almaniyada kütləvi təxliyə - Bomba tapıldı
- Almaniyada etirazlar davam edir - 130 polis yaralandı
- Almaniyanın sabiq kansleri vəfat edib
- Almaniya XİN-dən Qarabağla bağlı bəyanat