Biləsuvarda maşının dəmiri çıxdı, qadını yaraladı


18:56     23 İyul 2017 qeza_237y5665.jpg

Biləsuvar rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.


Femida.az "Report"a istinadən bildirir ki,hadisə Ələt-Astara magistral yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Hələlik müəyyən edilməmiş minik avtomobili hərəkətdə olarkən təkər hissəsindən çıxan dəmir parçası Bakı-Lənkəran istiqamətində gedən avtobusun pəncərəsindən sərnişin - Lənkəran şəhər sakini 1947-ci il təvəllüdlü Lidiya Məmmədovanın üz nahiyəsinə dəyərək ona ağır xəsarət yetirib.

Yaralı qadın dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstənin vəziyyəti hazırda normal qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 676