Dəmir yolu əsaslı təmir olunur
19:55 25 İyul 2017
Bakı-Böyük Kəsik istiqamətində Muğan-Qarasu mənzilində 9,3 km uzunluğunda yolun əsaslı təmirinə start verilib.
"Azərbaycan Dəmir Yolları" QSC-dən Femida.az-a verilən məlumata görə, əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC həyata keçirir. Təmir bir həftə müddətinə davam edəcək.
Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan dəmir yollarının yenidən qurulması Layihəsi"nin II mərhələsinin icrası məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiyanın “Moravia Steel” şirkətləri arasında “Azərbaycan Respublikası dəmir yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri” barədə ixrac müqaviləsinə əlavə saziş imzalanıb.
Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonunda başlanılıb və bu günə kimi 305 km dəmir yolu əsaslı təmir olunub.
Femida.az
Oxunub: 636
Oxşar xəbərlər
- Dəmirbankda 1 milyon manat necə yoxa çıxıb? - Məhkəmə işi
- Dəmir yollarına 400 mln. dollar ayrılıb
- Dəmir yolu stansiyasında intihar - İşçi özünü asdı
- Dəmir yolu qış mövsümünə hazırlaşır
- Dəmir yolları gücləndirilmiş iş rejiminə keçib
- Dəmiryolunun kənarından giliz tapılıb
- Dəmiryolçularımız qan verib
- Dəmir bəzəkləri oğurlayanlar tutuldu
- Dəmiryolunda sərnişin sıxlığı yaranıb - Əlavə qatarlar qoşulur
- Dəmiryolçu polkovnikə 8 İL HƏBS