Dəmir yolu stansiyasında intihar - İşçi özünü asdı


14:36     11 Noyabr 2017 intihar-kishi.jpg

"Azərbaycan Dəmir Yolları" QSC-nin işçisi intihar edib.


Femida.az "Report" a istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində baş verib.
"Azərbaycan Dəmir Yolları"nın Biləcəri Dəmir Yolu stansiyasında qatarların hərəkət tənzimləyicisi işləyən Xaçmaz rayonunun Qusarçay kənd sakini, 1970-ci il təvəllüdlü Sultanov İslam Ramazan oğlu intihar edib. O, gecə saatlarında özünü dəmir yolu stansiyasının anbarında asıb.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1599