Dəmir yollarına 400 mln. dollar ayrılıb
15:08 05 Dekabr 2017
Asiya İnkişaf Bankı (Asian Development Bank, ADB) Azərbaycanın dəmir yolu sisteminin inkişafı üçün nəzərdə tutulmuş 400 mln. dollar məbləğində krediti təsdiqləyib.
Femida.az bankın saytında yer alan məlumata istinadən xəbər verir ki, ADB-nin Direktorlar Şurası krediti dekabrın 1-i təsdiq edib.
Kredit "Azərbaycan Dəmir Yolları" QSC-nin idarəetmə sisteminin möhkəmləndirilməsinə, maliyyə effektivliyinin artırılmasına, yeni korporativ strukturun yaradılmasına yönəldiləcək. Bundan başqa, cəlb olunan vəsait hesabına Bakıda Rusiya ilə dövlət sərhədinədək uzanan dəmir yolu infrastrukturunun müasirləşdirilməsi nəzərdə tutulub.
Femida.az
Oxunub: 892
Oxşar xəbərlər
- Dəmirbankda 1 milyon manat necə yoxa çıxıb? - Məhkəmə işi
- Dəmir yolu stansiyasında intihar - İşçi özünü asdı
- Dəmir yolu qış mövsümünə hazırlaşır
- Dəmir yolları gücləndirilmiş iş rejiminə keçib
- Dəmiryolunun kənarından giliz tapılıb
- Dəmir yolu əsaslı təmir olunur
- Dəmiryolçularımız qan verib
- Dəmir bəzəkləri oğurlayanlar tutuldu
- Dəmiryolunda sərnişin sıxlığı yaranıb - Əlavə qatarlar qoşulur
- Dəmiryolçu polkovnikə 8 İL HƏBS