Yaponiya müdafiə naziri istefa verdi


00:11     29 İyul 2017 Capture034.JPG

Yaponiya müdafiə naziri Tomomi Inada Cənubi Sudanda yapon qüvvələrinin yer aldığı sülh missiyaları ilə bağlı qalmaqalın baş verməsindən sonra vəzifəsindən istefa verib.


Inada sülh missiyası zamanı sənədlərin gizlədilməsinə istintaq çərçivəsində Yaponiya Müdafiə Nazirliyinin şəffaflığa dair qanunvericilik müddəalarının pozulduğunun ortaya çıxdığını açıqlayıb.

Inada "Müdafiə naziri kimi məsuliyyət daşıyıram və geri çəkilməyə qərar verdim. İstefamı Yaponiya Baş naziri Şinzo Abeyə bu gün bildirdim.

Qəbul edilib", - deyib. İstintaqdan sonra Inada sənədlərdən məlumatı olduğunu və ya onların ört-basdır edilməsinə əmr verdiyini isə təkzib edib.

Femida.az

Açar sözlər:

Oxunub: 848