Yaponiya səfiri Lənkəranda olub


18:37     03 Avqust 2017 teruyuki-katori.jpg

Yaponiya hökumətinin Azərbaycanda həyata keçirdiyi “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı Proqramı” çərçivəsində “Lənkəran rayonunun Günəhir kəndində su təchizatı sisteminin tikintisi” layihəsinin icrası başa çatıb.


Lənkəranın Günəhir kəndinə içməli su xəttinin çəkilməsi münasibətilə keçirilən açılış mərasimində Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori, millət vəkili Hadı Rəcəbli, Lənkəran Şəhər İcra Hakimiyyətinin nümayəndələri, kənd ağsaqqalları iştirak ediblər.

Layihə üzrə qrant müqaviləsi Yaponiya səfirliyi və “Qlobal-Humanitar təşkilat” arasında fevralın 27-də imzalanıb. Kənd sakinlərinin su tələbatını ödəmək məqsədilə layihə çərçivəsində 14,3 kilometr su borusu, su anbarı, 40 ton həcmində rezervuar və 3 su bulağından ibarət olan yeni su təchizatı sistemi tikilib.

Ümumi məbləği 82,213 ABŞ dolları təşkil edən layihədən 1500 kənd sakini faydalanacaq.

Qeyd olunub ki, “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı Proqramı” çərçivəsində indiyədək yuxarıda qeyd olunmuş layihə də daxil olmaqla Lənkəran rayonunda 5 layihə icra olunub. Hazırkı layihə ilə bərabər bu vaxta qədər layihələr üzrə imzalanmış müqavilələrin sayı 222 və ümumi dəyəri isə 18,950,433 ABŞ dolları təşkil edir.

Femida.az

Açar sözlər:

Oxunub: 826