Yaponiya hərbi xərclərini rekor həddə artırır


22:55     31 Avqust 2017 yaponiya%20ordusu.jpg

Yaponiya hərbi xərclərini rekor həddə artırır.


Femida.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin nazirlik və idarələrinin 2018-ci ilin aprelində başlayacaq növbəti maliyyə ili üçün büdcə sorğularında Müdafiə Nazirliyi rekord miqdarda, yəni 5,25 trilyon yen (48,6 milyard dollar) həcmində büdcə vəsaiti sifariş edəcək.

Buna səbəb Şimali Koreyanın raket sınaqlarından yaranan təhlükədir. Nazirlik bununla əlaqədar ölkənin hava hücumundan müdafiə sistemini gücləndirmək üçün yeni avadanlıq alacaq.

Qeyd edək ki, hazırda Yaponiyanın 9 trilyon dollar məbləğində borcu var.

Açar sözlər:

Oxunub: 939