ABŞ səfiri Moskvanın xəbərdarlığına etiraz etdi


20:58     28 İyul 2017 1497815749_1501243401.jpg

ABŞ-ın Rusiyadakı səfiri Con Tefft Rusiya XİN-in amerikalı diplomatlarla bağlı cavab tədbirlərinə protest verib.


“RİA Novosti"nin yaydığı xəbərə görə, bu barədə səfirliyin mətbuat xidmətinin rəhbəri Mariya Olson bildirib.

“Biz Rusiya rəhbərliyi tərəfindən xəbərdarlıq aldıq. Səfir Tefft dərin məyusluq hissi keçirib və etiraz edib”, - deyə Olson vurğulayıb.

O, əlavə edib ki, xəbərdarlıq tanış olmaları üçün Vaşinqtona göndərilib.

Qeyd edək ki, daha əvvəl rəsmi Moskva ölkədəki Amerika diplomatlarının ümumi sayını 455 nəfərə qədər azaltmağı təklif edib.
usiya XİN-in bəyanatında qeyd olunur ki, bu xəbərdarlıq ABŞ Senatı tərəfindən Rusiyaya qarşı sanksiyaları sərtləşdirən qanunun qəbul edilməsi ilə əlaqədardır.

"ABŞ-da bizim diplomatların sayının azaldılması üzrə bu ölkə hakimiyyətinin yeni birtərəfli hərəkətlərinə güzgülü cavab verəcəyik", - Rusiya XİN-in bəyanatında qeyd olunur.

Bundan əlavə, Rusiya avqustun 1-dən ABŞ-ın bu ölkədəki səfirliyinə Moskvanın Dorojnaya küçəsi və Serebryanıy Bordadakı bütün anbarların istifadəsini qadağan edir.

"Qarşılıqlı qaydada ABŞ-ın maraqlarına toxuna bilən digər tədbirlərin həyata keçirilməsi hüququnu özümüzdə saxlayırıq", - Rusiya XİN-in bəyanatında vurğulanır.

Femida.az

Açar sözlər:

Oxunub: 1143