Bakının yarısı qazsız qaldı


21:29     29 İyul 2017 1432729161_qaz7.jpg

Bakının Yasamal, Səbail rayonlarında və Nəsimi rayonun bir hissəsində bu gün səhər tezdən qazın verilməsi dayandırılıb.


Femida.az-ın xəbərinə görə, “Azəriqaz” İstehsalat Birliyi mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev virtualaz.org-a bildirib ki, paytaxtın bu rayonlarının qaz təchizatının dayandırılması 700-millimetrlik magistral qaz kəmərinin yenidən qurulması ilə bağlıdır.

O, qeyd edib ki, təmirçilər bütün işləri axşama qədər qurtaracaqlarına və qazın verilməsinin bərpa ediləcəyinə söz veriblər.

Bütün hallarda başa düşmək olmur: niyə qazı bakılıların mənzillərinə çatdıran boru kəmərlərində təmir işləri, bir qayda olaraq, məhz istirahət günləri aparılır?

Femida.az

Açar sözlər:

Oxunub: 945