Bakının mərkəzində qəza - İki maşın otelə çırpıldı


21:07     08 Yanvar 2018 london%20(1).JPG

Bakıda iki avtomobil hotelə çırpılıb.


Femida.az-ın məlumatına görə, hadisə Səbail rayonu, Neftçilər prospektində, “Park İnn” hotelinin qarşısında qeydə alınıb. “Mercedes” markalı avtomobil “London” taksisi ilə toqquşub və hər iki avtomobil idarəetməni itirərək hotelin qarşısındakı maneəyə çırpılıb.Qəza nəticəsində 1 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəzanın görüntüləri sosial şəbəkələrdə yayılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1216