Bakının su basan əraziləri - Adları açıqlandı
14:24 05 Dekabr 2017
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) subasma sahələrinin müşahidə edildiyi əraziləri açıqlayıb.
Femida.az bildirir ki, Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov Trend-ə deyib ki, Bakının Binəqədi rayonunda Məlik Aslanov küçəsi boyunca, Sabuncu rayonunun Savalan yaşayış massivində, "Daş karxanası" adlı yaşayış massivində, Maştağa qəsəbəsində Nizami küçəsi boyunca bəzi yerlərdə ərazini qrunt suları basıb: "Bu, əraziyə düşən atmosfer yağıntılarının təsirindən qrunt sularının səviyyəsinin qalxması ilə əlaqədardır. Adı çəkilən ərazilərdə kanalizasiya sistemi yoxdur. Ancaq kanalizasiya sistemi evdən çıxan təsərrüfat sularının uzaqlaşdırılması üçündür. Kanalizasiya sisteminin ərazidəki qrunt sularının tənzimlənməsinə köməyi olmur".
R.Həsənov qeyd edib ki, qrunt sularının təmizlənməsi üçün "Azərsu" ASC tərəfindən ərazidə drenaj şəbəkəsinin qurulması vacibdir: "Bu yeraltı şəbəkə qrunt sularını yığır və ərazidən uzaqlaşdırır. Sadanalanan ərazilərdə bu şəbəkə yoxdur".
Femida.az
Oxunub: 1070
Oxşar xəbərlər
- Bakının mərkəzində qəza - İki maşın otelə çırpıldı
- Bakının bu yollarında tıxac yaranıb - SİYAHI
- Bakının bu hissələrində su olmayacaq
- Bakının mərkəzində qanlı hadisə - 2 nəfər bıçaqlandı
- Bakının bu hissəsində qaz olmayacaq
- Bakının mərkəzindəki mağazadan 30 minlik OĞURLUQ
- Bakının mərkəzində yeni keçid tikiləcək
- Bakının mərkəzi küçələrində `balkon`lar sökülür
- Bakının mərkəzi yolları rənglənəcək - SİYAHI
- Bakının mərkəzində kütləvi dava - Tutulanlar var