Bakının mərkəzində qanlı hadisə - 2 nəfər bıçaqlandı


18:01     28 Noyabr 2017 bicaq63.jpg

Bakı şəhərinin Nəsimi rayonu ərazisində 2 nəfər bıçaqlanıb.


Femida.az lent.az-a istinadən xəbər verir ki, Cəlil Məmmədquluzadə küçəsində naməlum şəxs 24 yaşlı Ümid Abbaszadə ilə Rəşid Əhmədzadəni bıçaqlayaraq qaçıb. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdiriliblər.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Ü.Abbaszadə ilə R.Əhmədzadəni münaqişə zəminində bıçaqlayan Eldost Ələkbərov tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 704