Daşkəsəndə taksi ər və arvadı vurdu


15:30     30 İyul 2017 astarada-piyadan-vurub-ldrdlr_1.jpeg

Daşkəsəndə iki piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Femida.az report.az-a istinadən bildirir ki, hadisə Daşkəsən şəhərində, avtovağzalın yaxınlığında baş verib. Rayon ərazisində taksi kimi fəaliyyət göstərən "VAZ-2106" markalı avtomobil nasazlığı səbəbindən idarəetmədən çıxaraq yol kənarında dayanan, hələki kimlikləri məlum olmayan ər və arvadı vurub. Nəticədə kişi yüngül qadın isə ağır xəsarət alıb. Hər iki yaralı xəstəxanaya aparılıb. Mübariz adlı taksi sürücüsü isə polis əməkdaşları tərəfindən saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 866