Daşkəsəndə mədən ərazisində yanğın olub


12:48     09 Sentyabr 2017 mese_yangini_0367.jpg

Daşkəsəndə yanğın hadisəsi qeydə alınıb.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Daşkəsən rayonu, Quşçu kəndi yaxınlığında filiz mədəninin ərazisində 10 ha sahədə kol-kos və quru ot yanıb.

Yanğından yaxınlıqdakı mədən və meşə zolağı mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 555