Daşkəsəndə poçtdan oğurluq edilib


18:14     21 Dekabr 2017 maska_ogru_0489.jpg

“Azərpoçt” MMC-nin Daşkəsən filialından oğurluq olub.


Femida.az -ın verdiyi məlumata görə, hadisə ötən axşam baş verib.

Naməlum şəxs və ya şəxslər filialın qapısını qıraraq içəriyə daxil olub, orada rayondan göndərilən poçt bağlamalarından 14-nü açaraq içərisində olan ərzaqları aparıblar. Rayon Polis Şöbəsindən verilən məlumata görə, sənədlərə və digər avadanlıqlara toxunulmayıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 589