Xaçmazda 6 otaqlı ev yanıb


23:27     30 İyul 2017 1436418566_gedebeyde-rayonunda-sexde-yangin-bash-verib.jpg

Bu gün Xaçmaz rayonu, Ağtala kəndi ərazisində yaşayış evi yanıb.


Femida.az -ın verdiyi məlumata görə, kənd sakini 1942-ci il təvəllüdlü Qasımov Qəhrəman Zaman oğluna məxsus 6 otaqlı, ümumi sahəsi 200 kvadratmetr olan yaşayış evi tamamilə yanıb.

Hadisə yerinə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin 2, Xudat Dövlət Yanğından Mühafizə Bölməsinin 1 maşını cəlb olunub, yanğın söndürülüb.

Yanğın zamanı xəsarət alan olmayıb. Yanğının səbəbləri araşdırılır.

Açar sözlər:

Oxunub: 914