Xaçmazda beton sexi yanıb


13:32     11 Avqust 2017 13878640961363594763_yangin45sadas1.jpg

Xaçmazda yanğın hadisəsi qeydə alınıb.


Femida.az-ın FHN-ə istinadən verdiyi xəbərə görə, yanğın şəhərdə sahibi məlum olmayan ümumi sahəsi 1200 m2 olan beton sexində baş verib. Nəticədə sexin taxtadan ibarət tavanı 30 m2 sahədə və bitişik ümumi sahəsi 30 m2 olan talvarın yanar konstruksiyaları 25 m2 sahədə yanıb. Sexin və talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 933