Xaçmazda maşın aşıb - ÖLƏN VAR


13:45     24 Avqust 2017 masin%20asdi.jpg

Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.


Femida.az-ın məlumatına görə, Xudat-Yalama yolunun 3-cü km-də Xudat şəhər sakini, 1970-ci il təvəllüdlü Ələkbərov İlqar Ələkbər oğlunun idarə etdiyi “Daewoo” markalı 10 LC 160 dövlət nömrə qeydiyyatlı avtomobil idarəetmədən çıxaraq, aşıb. Nəticədə sürücü hadisə yerində ölüb, avtomobildə olan sərnişin Xudat şəhər sakini, 1990-cı il təvəllüdlü Abdullayev Orxan Saməddin oğlu ağır bədən xəsarətləri alaraq Xudat şəhər xəstəxanasına yerləşdirilib, vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 831