Xaçmazda evləri su basdı - Sakinlər təxliyə edildi


18:13     08 Sentyabr 2017 1504862777_evleri-su-basdi-guzdek.jpg

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonu, Qarğalıq kəndində yaşayış evlərinin həyətyanı sahələrini su basması barədə məlumat daxil olub.


Femida.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Şimal Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq köməksiz vəziyyətdə qalmış vətəndaşları təhlükəsiz yerə təxliyə ediblər. Əməliyyat saat 10:55-də başa çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1126